İspaniyanın Majorka adasında daşqın baş verib.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı bölgənin təhlükəsizliyinə cavabdeh “Guardia Civil” təşkilatı yayıb. Daşqın nəticəsində 8 nəfər həyatını itirib. Ölənlərdən ikisinin İngiltərə vətəndaşı olduğu bildirilib.
Gecə saatlarında baş verən fəlakət nəticəsində avtomobilləri sel aparıb, evlərin tavanları su altında qalıb.
“Guardia Civil” təşkilatının əməkdaşları tərəfindən xilasetmə əməliyyatlarına başlanılıb və bu ana qədər 300 nəfərin həyatı xilas olunub.
Təxminən 200 adam evakuasiya edilib.
Hökumət hadisəni “dağıdıcı” olaraq qiymətləndirib. Qısa zamanda Baş nazir Pedro Sançezin bölgəyə ziyarət edəcəyi açıqlanıb.
Həşim Səhrablı
www.yenicag.az