!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Makkeyn ABŞ-ın Trans-Sakit Okean Tərəfdaşlığından çıxmaq qərarını “fəlakətli” adlandırıb

!Reklam – Yazi

Prezident Donald Trampın ABŞ-ın Trans-Sakit Okean Tərəfdaşlığı sazişindən çıxmasına dair qərarı Aamerikanın maraqlarına cavab vermir və Çinin iqtisadi gücünün daha da artmasına gətirib çıxaracaq.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bunu respublikaçı-senator Con Makkeyn bildirib.

Qeyd edək ki, D.Tramp müvafiq fərmanı yanvarın 23-də imzalayıb.

“Mən Asiya ölkələrinin liderləri ilə danışmışam, onların hamısı hesab edir ki, bu qərar Çin üçün yolları açacaq. Mənim fikrimcə, bu ABŞ üçün yaxşı deyil”, – deyə Makkeyn qeyd edib.

Onun sözlərinə görə, ABŞ bu qərarla geriyə addım atmış olub, çünki, dünya iqtisadiyyatının 60 faizi məhz Asiya-Sakit Okean bölgəsində cəmləşib.

“ABŞ-ın Trans-Sakit Okean Tərəfdaşlığından çıxmaq qərarı məhvedicidir, bu Çinin iqtisadi üstünlük əldə etməsinə gətirib çıxaracaq”, – deyə Makkeyn qeyd edib.

Yeniçağ.Az

COP29

www.yenicag.az

609
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv