“Makro 2000 Eğitim Teknolojileri İnşaat Taahhüt İç və Dış Ticaret Anonim Şirkəti, AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Yenicag.az xəbər verir ki, bu barədə şirkətin prezidenti Lokman Biter məlumat verib.
“Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi” (TÜİB) üzvü olan “Makro 2000 Eğitim Teknolojileri İnşaat Taahhüt İç və Dış Ticaret Anonim Şirkəti”nin prezidenti Lokman Biter bildirib ki, Azərbaycanın sevincinə də, kədərinə də ortaqdırlar:
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması ilə bağlı kədərimizi bölüşür və azərbaycanlı qardaşlarımıza başsağlığı verirəm. Allahdan həyatını itirən qardaşlarımıza rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralılara isə tezliklə şəfa diləyirəm”, – deyə qeyd edib.
www.yenicag.az