Xalq artisti müsahibəsinə aydınlıq gətirdi: “Deməmişəm bir yerdə yaşasınlar...”

media-hightechnic-468x90

“Mən deməmişəm, gənclər bir yerdə yaşasınlar, demişəm, bir-birləri ilə görüşməlidirlər ki, bir-birlərini tanısınlar…”

Bunu Yenicag.az-a açıqlamasında tanınmış aktrisa, Xalq artisti Xalidə Quliyeva deyib.

Aktrisa müsahibəsi zamanı fikirlərinin təhrif olunduğunu və buna görə sosial şəbəkələrdə tənqidlə qarşılaşdığını təəssüf hissi ilə bildirib:

“Mən belə demişəm ki, tez ailə qurub-boşananlar, tez ailə qurub ölənə qədər yaşayanlar var. Burada bir qrafik, bir qayda-qanun, bir konstitusiya qoymaq düzgün deyil. Bir də ki, bizdə çox şeylər səhvdir, mən bu gün bunu anlamışam. Gənc oğlanla gənc qız tanış olurlar. Onların fikirləri uyğun gəlir, bir müddət görüşməlidirlər, bir müddət bir yerdə teatra, kinoya getməlidirlər, yəni nəsə yaşamalıdırlar ki, görsünlər, bir-birlərini tamamlayırlar, ya yox. Ondan sonra ailə qursunlar. Gənclərə nəsihətim budur ki, yaxşı-yaxşı bir-birlərini tanısınlar. İlk növbədə sevgidir. Bir də hər insanın öz tərbiyəsindən, öz mənindən, öz xarakterindən çox şey asılıdır axı. Ailə qurmaq hər dəfə ocaq yanır, sən su səpirsən. Kompromislə doludur ailə həyatı. İndi deyirsən, kaş mən güzəştə getməzdim, kaş başqa həyat qurardım. Nə bilirsən başqa həyat necə olacaq? Əvvəldən bilmək olmur”.

Qeyd edək ki, aktrisa bu fikirləri “Qafqazinfo”ya müsahibəsi zamanı deyib.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05