Makron Bakıya nə vaxt gəlir? - Fransa səfirliyindən AÇIQLAMA

media-hightechnic-468x90

Fransa səfirliyi bu həftə Prezident Emmanuel Makronun Azərbaycana səfəri ilə bağlı xəbərləri şayiə adlandırıb.

Bu barədə Yenicag.az-a Fransanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Daha əvvəl, “Alpha News” öz mənbələrinə istinadən xəbər yayıb ki, E.Makron həftə sonu Ermənistan və Azərbaycana səfər edə bilər və guya səfər sentyabrın 9-10-na planlaşdırılıbmış.

“İrəvandan sonra Fransa dövlət başçısının Bakıya səfər edəcəyi barədə də məlumat var”, – “Alpha News” iddia etmişdi.

Banqladeş Xarici İşlər Nazirliyinin məlumatına görə, E.Makronun sentyabrın 10-da bu ölkəyə səfəri planlaşdırılır. Fransa Prezidenti Banqladeşə səfərindən əvvəl G20 sammitində iştirak etmək üçün Hindistana yollanacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa