!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Makronun başı dərddə - Fransa parlamenti prezidentə impiçmenti müzakirə edəcək

!Reklam – Yazi

Fransa Milli Assambleyasında ultra-sol qrupunun rəhbəri Emmanuel Makronu vəzifəsindən azad etmə təşəbbüsü müzakirəyə qəbul edilib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Fransanın “Le Figaro” nəşri yayıb.

Milli Assambleyanın Bürosu 12 səsə qarşı 10 səs ilə Makronun vəzifəsindən azad edilməsi prosedurunun ultra-sol “Fəth edilməyən Fransa” hərəkatının təşəbbüsü ilə qəbul edilməsini uyğun hesab edib. Bundan sonra bir neçə həftə ərzində qanun layihələri parlament komitəsində və plenar iclasda müzakirələr aparılması gözlənilir.

“Fəth edilməyən Fransa” hərəkatı impiçment təşəbbüsü üçün 300 min imza topladıqdan sonra qələbəsini elan edib.

Qeyd edək ki, bu siyasi qüvvə Makronun sol qanaddan baş nazir təyin etməyi rədd etməsindən sonra seçkilərin saxtalaşdrıldığını bəyan edərək, etiraz aksiyaları təşkil etməyə başlayıb.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

165
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv