"Makronun həyat yoldaşı kişidir" İDDİASI: Paris rejimi Owensi öldürmək üçün İsraildən dəstək aldı?

media-hightechnic-468x90

ABŞ-da tanınmış sosial media siması Candace Owens Fransa rəhbərliyini hədəfə alan sensasion iddialarla gündəmi alt-üst edib. Brigitte Macron barədə aylardır səsləndirdiyi “kişidir” iddiasını davam etdirən Owens bu dəfə daha da irəli gedərək, Fransa hökumətinin onu öldürmək üçün İsrail dəstəyi ilə suikast qrupu formalaşdırdığını söyləyib.

Yenicag.az xəbər verir ki, Owens X platformasında gecə yarısı paylaşdığı mesajlarda, “Fransalı yüksək vəzifəli bir rəsmidən informasiya aldığını” bildirib. Onun sözlərinə görə, həmin şəxs “Emmanuel və Brigitte Macron cütlüyünün, içində ən azı bir israillinin də olduğu suikast planına maliyyə ayırdığını” deyib.

Paylaşımlar qısa müddətdə 40 milyon baxışı keçib. Owens uzun müddətdir Brigitte Macron-un “bioloji olaraq kişi doğulduğunu” iddia edir. Fransa Prezidenti və həyat yoldaşı bu səbəbdən iyul ayında ona qarşı böhtan iddiası ilə məhkəməyə müraciət etmişdi. Son hadisə isə tərəflər arasındakı gərginliyi daha da artırıb.

Owens iddia edir ki, onu öldürmək üçün göndərilən şəxslər ABŞ-da bir neçə ay əvvəl öldürülən Charlie Kirk hadisəsi ilə bağlantılıdır. Hətta onların birinin “Fransa Legionunun 13-cü briqadasında təlim keçdiyini” söyləyir.

O, yaxın günlərdə “adları açıqlayacağını” da əlavə edib. Fenomen bir başqa paylaşımında isə “başına 1,5 milyon dollarlıq mükafat qoyulduğunu” irəli sürüb və “Macron-un bu pulu köçürdüyü ortaya çıxanda dünya necə reaksiya verəcək?” deyə sual ünvanlayıb.

İddialar sosial mediada geniş müzakirəyə səbəb olub. Bir çox izləyici Owens-ın psixoloji vəziyyəti ilə bağlı narahatlıqlarını dilə gətirərək onu məsxərəyə qoyub. Hudson İnstitutundan ekspert Mike Doran isə Owens-ın paylaşımına sərt cavab verib:

“Bu artıq silah səviyyəsində dəlilikdir… radioaktivlik rekorda gedir.”

Fransa tərəfi Owens-ın səsləndirdiyi iddialarla bağlı hələ rəsmi açıqlama verməyib. Lakin fenomenin sözləri ABŞ–Fransa–İsrail xəttində yeni siyasi mübahisələr üçün zəmin yaradıb.

Yenicag.az 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa