Makronun reytinqi ən aşağı səviyyəyə düşdü

media-hightechnic-468x90

Fransa Prezidenti Emmanuel Makronun reytinqi ölkədə müzakirə edilən və kütləvi etirazlara səbəb olan pensiya islahatının fonunda son üç ilin ən aşağı səviyyəsinə düşüb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu IFOP sosioloji xidmətinin bazar günü dərc etdiyi sorğunun nəticələri sübut edir.

Məlumata görə, sorğuda iştirak edən fransızların yalnız 32%-i Makronun prezident kimi fəaliyyətindən razıdır. Bu, bir ay əvvəllə müqayisədə 2 % bəndi azdır.

Təşkilatdan bildirilib ki, 2020-ci ilin fevralında koronavirus pandemiyasından əvvəl də Makronun ictimai dəstəyi eyni dərəcədə aşağı olub.

Fransanın Baş naziri Elizabet Bornun da populyarlıq reytinqi 3 % bəndi azalaraq 29%-ə düşüb ki, bu da o, vəzifəyə gəldiyindən bəri ən aşağı göstəricidir.

Qeyd olunur ki, fevralın 9-dan 16-dək keçirilən sorğuda 18 yaşdan yuxarı 2 minə yaxın insan iştirak edib./Oxu.az/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05