Mal-qara arasında yoluxucu xəstəlik yayılıb

media-hightechnic-468x90

200bdd88a29e879744c67f6c0d3df1b3Masallı rayonunun bir neçə yaşayış məntəqəsində iribuynuzlu mal-qara arasında “Nodulyar dermatit” adlanan yoluxucu xəstəlik yayılıb.

Yerli sakinlərin verdiyi məlumata görə, indiyə kimi 100 başa yaxın heyvan bu xəstəlik nəticəsində tələf olub.

Xəstəlik əsasən rayonun Təzəkənd, Bala Təklə, Sığıncaq və Sərçuvar kəndlərində qeydə alınıb. Min bir əzab-əziyyətlə bəslədikləri heyvanların virus mənşəli xəstəliyə yoluxması isə yerli sakinlərin haqlı narahatlığına səbəb olub. Onların sözlərinə görə, xəstəliyin başlıca əlamətləri heyvanlarda iştahasızlıq, taqətsizlik və bədənlərinin müxtəlif nahiyələrində düyünə bənzər yaraların əmələ gəlməsindən ibarətdir.

Kənd sakinlərinin müraciətlərindən sonra Masallı Rayon Baytarlıq İdarəsinin əməkdaşları xəstəlik yayılan yaşayış məntəqələrinə səfərbər olunublar. Hazırda onların birbaşa iştirakı ilə xəstəliyin müşahidə edildiyi təsərrüfatlarda dezinfeksiya işləri aparılır. Dövlət Baytarlıq Xidməti tərəfindən verilən dərman preparatları vasitəsilə heyvanlar müalicə olunur, digər profilaktik tədbirlər görülür.

Qeyd edək ki, analoji xəstəlik bir neçə ay öncə bölgənin Cəlilabad rayonunda da qeydə alınıb.

Kənd Təsərrüfatı yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmova APA-ya açıqlamasında bilidirib ki, onlarda Masallıda 100 başa yaxın heyvanın tələf olması ilə bağlı məlumat yoxdur: “Biz bölgələrdən bu xəstəliklə bağlı mütəmadi məlumat alırıq. Bu günə olan xəbərə görə, hazırda Masallıda 20 baş xəstə heyvanın olması barədə bizə məlumat verilib”.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600