Reklam

Reklam

Daxili işlər orqanları tərəfindən əhalinin təhlükəsizliyinin təmini, vətəndaşların əmlakına zərər vuran şəxslərin saxlanılması, o cümlədən ötən illərdən bağlı qalmış cinayət faktlarının aşkarlanması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Yenicag.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bağlı qalmış iki oğurluq hadisəsi açılaraq istintaqa təhvil verilib.

Belə ki, Beyləqan rayon sakinləri Xanhüseyn Abdullayev və Mirsahib Mustafayevə məxsus ümumi dəyəri 1500 manat olan 3 baş iribuynuzlu mal-qaranı ayrı-ayrı vaxtlarda oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Araşdırmalarla onların rayon sakinləri Xəyyam Zeynalov, Səbuhi Hüseynli və Faiq Həşimov olmaları müəyyən edilib. Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir. (APA)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 993
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."