Manaf Ağayevlə Rəqsanə arasında İNCİKLİK: ”Həyat yoldaşına bir ay dalbadal zəng etdim ki…”

media-hightechnic-468x90

Müğənni Rəqsanə İsmayılovanın həbsdə olarkən həmkarı Manaf Ağayevin onunla maraqlanmaması barədə açıqlamasına qarşı tərəfin cavabı özünü çox gözlətməyib.

Yenicag.az xəbər verir ki, Manaf Ağayev “Tarixin bir günü” verilişində Rəqsanəyə və onun qızı Aysuna səslənib. O, Rəqsanənin həyat yoldaşına dəfələrlə zəng edib maraqlandığını bildirib:

“Aysun deyib ki, Manaf məni heç vaxt yığmayıb. Əvvəla, bizdə adət belədir ki, evin kişisini yığarlar, qızını yox. Rəqsanə də deyir ki, mən ona zəng vurmamışam. Sənət cameəsində məndən çox onunla maraqlanan olmayıb. Rəqsanə, Fazil müəllim yəqin baxır, dəfələrlə ona zəng etmişəm ki, nə kömək edim, neyləyim?

Dalbadal zənglərimdən sonra axırda Fazil müəllim də əlimdən bezdi, heç telefona cavab da vermədi. Yəni, heç getməyə də bilərəm. Amma bu, mənim həyat tərzimdir; insan dara düşəndə istəyirəm ona kömək edim, yanında olum. Çünki həbsdə olanda göz yolda qalır, bunun nə olduğunu mən özüm də gözəl bilirəm”.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa