“Manat daha da dəyərdən düşəcək, ona görə…”-Ekspert
Ölkəmizdə son zamanlar dollarla yatırım məsələsi gündəmə gəlib, Görəsən, indiki şəraitdə dollara yatırım qoymaq təhlükəlidir, ya yox?
İqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında bunun təhlükəli olmadığını dedi: “Azərbaycanda dollarla investisiya qoymaq onsuz da mümkün deyil. Çünki, ölkəmizdə yeganə ödəniş vasitəsi manatdır. Dolları ancaq mütləq manata çevirməklə hər hansı investisiya sahəsinə yatırtmaq olar. Sadəcə qeyri-leqal alış verişdə, məsələn, avtomobil və daşınmaz əmlak bazarında qiymətləri müştərilərə dollarla deyirlər. Son devalvasiyadan sonra daşınmaz əmlakda bu artıq oturuşmuş hal alıb. Ona görə də müştərilər daşınmaz əmlaka yatırım qoymaq istəyirsə, ancaq dollarla yatırım qoymağa məcbur olacaqlar. Çünki alıcıların əksəriyyəti indiki dövrdə kursun oynaqlığını nəzərə alaraq qiymətləri ancaq dollarla müəyyən edirlər. Böyük sənaye yatırımlarına gəldikdə, yerli qanunvericiliyə görə qanuni yatırımlarda ancaq yerli valyuta olan manatdan istifadə etmək mümkündür. Ona görə burada təhlükədən danışmaq o qədər də düzgün deyil. Azərbaycanda manatın gələcəkdə yumşaq şəkildə yenidən dəyərdən düşməsi gözlənilir. Ona görə də insanlar ya əllərindəki manatla investisiya yatıraraq, dolları qorumağa çalışacaq, gözləmə mövqeyi tutacaqlar”.
Elçin/Yenicag.az