!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Manata olan inam itib”

!Reklam – Yazi

qubass9 “Son zamanlar manatla olan əmanətlər sürətlə dollara çevrildiyindən banklar kreditləri aktivlərində olan əmanətlərə görə dollarla verir. Mərkəzi Bankın cəmi depozit bazasının valyutalar üzrə strukturu ilə əlaqədar olan məlumatına görə, bu ilin aprel ayının 1-ə banklarda olan 18 milyarda 531 milyon manatlıq cəmi depozitlərin 12 milyard 572 milyon manatı və 70 faizini dollarla olan əmanətlər təşkil edir”.

Bu məlumatı iqtisadçı ekspert Qubad İbadoğlu öz facebook səhifəsində paylaşıb.

Ekspert hesab edir ki, bank əmanətlərinin dollarlaşmasının hazırkı səviyyəsi son 10 ilin ən yüksək göstəricidir.

“Banklardan manatla geri götürülən vəsaitlər sonradan banklara dollarla qayıtdığından onlar manatla kreditləşməni davam etdirə bilmirlər. Verilən məlumata görə, bu problemi həll etmək üçün Mərkəzi Bank kommersiya banklarına manatla vəsait ayıracaq və banklar da bu pulu öz növbəsində yalnız kreditləşməyə sərf edə biləcəklər”-deyə iqtisadçı sözlərinə əlavə edib.

Qubad ibadoğlu hesab edir ki, Mərkəzi Bankın bu siyasəti mövcud problemi yumşaltsa da onun dayanıqlı həllini təmin edə bilməyəcək.

“Çünki, yaranmış problemin əsl səbəbi manata olan inamın itirilməsindədir, ona görə də belə yanaşma ilə devalvasiya nəticəsində milli valyutanın zədələnmiş reputasiyasını bərpa etmək mümkün olmayacaq. Fikrimcə, mövcud problemin uzunmüddətli dövrdə həlli üçün məzənnənin və əmanət bazarında faiz dərəcəsinin iqtisadi üsullarla tənzimlənməsi siyasəti önə çıxmalıdır”.

Kamran

www.yenicag.az

565
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv