“Mançester Yunayted”in transfer siyahısı bəlli oldu

media-hightechnic-468x90

“Mançester Yunayted” klubu yeni transfer pəncərəsində orta xəttini gücləndirməyi planlaşdırır.

Yenicag.az xəbər verir ki, “qırmızı şeytanlar”ın hazırkı siyahısında 7 futbolçunun adı yer alıb. Bunlar Elliot Anderson (“Nottinqem Forest”), Adam Uorton (“Kristal Palas”), Karlos Baleba (“Brayton”), Joao Qomes və Andre (hər ikisi “Vulverhempton”), Anjelo Ştiller (“Ştutqart”) və Konor Qallaherdir (“Atletiko”).

Baş məşqçi Ruben Amorimin istəyi ilə komandaya yeni cinah müdafiəçisinin də cəlb olunması nəzərdə tutulub. Klubun əsas transfer fəaliyyətini əsasən yay aylarında həyata keçirəcəyi bildirilir.

Qeyd edək ki, klub maliyyə büdcəsini yüngülləşdirmək üçün Markus Reşford, Ceydon Sanço, Kazemiro və Harri Maquayrla yolları ayırmağı planlaşdırır

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa