Marketinq TƏLƏSİ: "Məhsul nə qədər baha olsa, keyfiyyət o qədər yaxşı demək deyil"

media-hightechnic-468x90

“Məhsulun baha olması onun keyfiyyət göstəricisi deyil.”

Bunu Yenicag.az-a açıqlamasında qida təhlükəsizliyi üzrə ekspert Asim Vəliyev deyib.

media-img_5112

Ekspert bazarda satılan kərə yağlarının keyfiyyətində ciddi fərqlərin olduğunu bildirib. Onun sözlərinə görə, kərə yağının qiymətinə təsir edən əsas amillər tərkib, istehsal prosesi, xammalın keyfiyyəti və qablaşdırma xərcləridir.

Asim Vəliyev qeyd edib ki, əsl kərə yağı yalnız qaymaqdan hazırlanır və yağlılıq faizi minimum 82,5 faiz olmalıdır. Ucuz qiymətə satılan məhsulların bir qismi isə bitki yağları ilə qarışdırıldığı üçün kərə yağı deyil, spred və ya krem tipli məhsullar hesab olunur.

“Digər bir faktor isə idxal, brend və qablaşdırmadır. Fakt ondan ibarətdir ki, bəzi premium markalarda marketinq və qablaşdırma xərcləri də maya dəyərinin üzərinə gəlir. Bu isə avtomatik olaraq məhsulun qiymətini artırır. Məhsulun qiymətinin baha olması onun keyfiyyət göstəricisi deyil”, – ekspert vurğulayıb.

Onun sözlərinə görə, təbii südün qiymətindəki artım kərə yağının maya dəyərinə birbaşa təsir göstərir. Lakin bazarda ucuz qiymətə satılan bəzi yağlar xaricdən gətirilən quru süd və qarışıq texnologiyalarla hazırlanır.

Ekspert istehlakçılara alış zamanı diqqətli olmağı tövsiyə edib:

“Məhsulun etiketində yalnız “kərə yağı” və “qaymaq” yazılan, yağlılığı 82,5 faiz olan məhsullar alınmalıdır. 60–70 faizlik yağlılığa malik məhsulların tərkibində isə adətən bitki yağları olur. İstehlakçılar etiketləri oxumağa vərdiş etməlidirlər.”- deyə o qeyd edib.

Samir Məcidov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa