!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mars üçün TƏHLÜKƏ: NASA “qırmızı planet”"ə mikrob göndərib - İDDİA

!Reklam – Yazi

Amerikalı professor ABŞ Milli Aviasiya və Kosmik İdarəsinin (NASA) “Perseverance” kəşfiyyat cihazı ilə yerdəki mikrobları Marsa apara biləcəyini iddia edib.

Yenicag.az xəbər verir ki, Kornel Universitetinin professoru Xristofer Manson Marsda kəşf edilən həyatın NASA laboratoriyalarında ortaya çıxdığı fikrini irəli sürüb.

Kornel bu ssenarinin kosmik raketin xüsusi otaqlarda çətin təmizlik prosesindən keçməsinə rəğmən baş verə biləcəyini qeyd edib. Professor raketdə “sıfır biokütlə”nin təmin edilməsinin mümkünsüz olduğunu bildirib və insanlığın mikrobları digər planetə (Mars nəzərdə tutulur – red.) daşıya biləcəyini vurğulayıb.

Kornel, həmçinin Yerdəki mikrobların digər planetlərə daşınmasının həmin planetdə ekosistemin çökməsinə səbəb ola biləcəyi xəbərdarlığını da edib.

www.yenicag.az

458
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv