!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Martın 10-dan “Whatsapp” bu telefonlarda işləməyəcək

!Reklam – Yazi

10 mart tarixindən etibarən köhnə əməliyyat sistemlərinə sahib cihazlarda “Whatsapp” mesencerindən istifadə mümkün olmayacaq.

Yenicag.az xəbər verir ki, bu barədə “Prufo” nəşri məlumat yayıb.

Bildirilib ki, “Whatsapp” “Android 4.4 KitKat” və ondan əvvəlki versiyalarla çalışan cihazlarda əlçatan olmayacaq.

Bu, “LG Nexus 4”, “Samsunq Qalaksi Not 2” və “Qalaksi S3”, “HTC One X”, “Optimus G” və “Motorola Moto G” (1-ci nəsil) kimi modellərə aiddir.

Bundan əlavə, iki ay sonra – 5 may tarixində – “Whatsapp” “Ayfon 6” və “Ayfon 6 Plus” modellərində, həmçinin “iOS 15.1″dən aşağı versiyalara malik cihazlarda da fəaliyyətini dayandıracaq.

Şirkət bu qərarı köhnə proqram təminatı ilə tətbiqin uyğunlaşdırılmasının çətinləşməsi ilə izah edib.

Yeganə həll yolu – ya yeni bir cihaz almaq, ya da mövcud cihazın əməliyyat sistemini yeniləməkdir (əgər bu, texniki baxımdan mümkündürsə və istehsalçı tərəfindən dəstəklənirsə).

Mühüm məlumatların itirilməsinin qarşısını almaq üçün şirkət istifadəçilərə Vatsap çatlarının ehtiyat nüsxəsini yaratmağı tövsiyə edir: bunun üçün Vatsap ayarlarına daxil olun, “Çatlar” bölməsini seçin, “Quql Drayv” (“Android”) və ya “iCloud” (“iOS”) üzərindən ehtiyat nüsxəsini yadda saxlayın.

www.yenicag.az

61
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv