Maruf Buzcugil: "Zəngəzur dəhlizi və ortaq layihələr iqtisadiyyat üçün yeni perspektivlər açır"

media-hightechnic-468x90

“‘Bir millət, iki dövlət” şüarının övladları olaraq bu əməkdaşlığı qürurla izləyirik”

Bu sözləri Yenicag.az-a açıqlamasında Türkiyənin nüfuzlu “Ekonomi” qəzetinin Ankara təmsilçisi Maruf Buzcugil deyib.

II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda iştirak edən qonaq iki qardaş ölkə arasındakı iqtisadi inkişaf templərinin bir-biri ilə yarışdığını vurğulayıb:

“‘Bir millət, iki dövlət” şüarının övladları olaraq bu əməkdaşlığı qürurla izləyirik. Hər iki ölkənin mövcud potensialı son dərəcə düzgün və səmərəli şəkildə dəyərləndirdiyini görmək çox sevindiricidir. Xüsusilə tədarük zəncirlərinin yenidən formalaşdığı, rəqabətin kəskinləşdiyi bir dövrdə hər iki dövlətin bu imkanları praktik şəkildə həyata keçirdiyinin şahidi oluruq”.

M. Buzcugil regiondakı yeni nəqliyyat və loqistika layihələrinin gələcək perspektivlərinə də toxunub:

“Zəngəzur dəhlizi, ortaq layihələr və “İnkişaf yolu” təşəbbüsü bir-biri ilə qarşılıqlı şəkildə əlaqələnərək iqtisadiyyatlara əlavə imkanlar qazandırır. Bütün bu addımlar region üçün yeni perspektivlər açır”.

Ətraflı videomaterialda:

Məsimə Məmmədova
Səxavət Əliyev

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa