!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Masallıda ƏMƏLİYYAT - Yaşayış evində narkotik tutuldu

!Reklam – Yazi

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Masallı RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı şəhər sakini, əvvəllər məhkum olunmuş İqbal Ağayev saxlanılıb.

Onun yaşadığı evə keçirilən baxış zamanı 3 kiloqram 258 qram narkotik vasitə tiryək, 11 qram psixatrop maddə olan metamfetamin və 0,7 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Masallı RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

www.yenicag.az

585
Ads
www.veteninfo.com
!Reklam – Arxiv