Masallıda “Kalaşnikov” avtomatı aşkarlandı

media-hightechnic-468x90

Masallıda “Kalaşnikov” avtomatı aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”un Muğan bürosuna verilən məlumata görə, Viləş çayının Masallı şəhəri ərazisindən keçən hissəsinin kənarında kisənin içərisindən silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd AK-74 markalı avtomat və 4 ədəd patron aşkarlanaraq götürülüb.

Fakt üzrə araşdırma aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05