Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Masazırda yaralananların vəziyyəti barədə Səhiyyə Nazirliyindən AÇIQLAMA

Masazırda baş verən güllələnmədə xəsarət alan 3 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Pərviz Əbubəkirov məlumat verib.

Mətbuat Xidməti rəhbərinin sözlərinə görə, xəstəxanaya yerləşdirilən şəxslər yüngül xəsarət alıblar, həyatı təhlükələri yoxdur.

Qeyd edək ki, Abşeron rayonunun Masazır qəsəbəsində gecə saatlarında silahlı insident baş verib.

Hadisə nəticəsində 1994-cü il təvəllüdlü Kamran Qasımov, 1990-cı il təvəllüdlü Məmməd Talıbov və 1980-ci il təvəllüdlü Zaur Gəncəliyev çoxsaylı qırma yarası alıblar.

İlkin məlumata görə, atəş açan şəxs yaşayış komplekslərindən birinin komendantıdır. Hadisənin ilkin səbəbi olaraq mübahisə göstərilir.

Faktla bağlı təhqiqat aparılır.

Loading...

www.yenicag.az

2855
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100