“Maserati” 4336 avtomobili geri çağırır

İtaliyanın lüks avtomobil istehsalçısı “Maserati” Çin bazarında satdığı 4336 nəqliyyat vasitəsini yanacaq borularındakı qüsurlara görə geri çağırmağa başlayıb.

Yenicag.az xəbər verir ki, geri çağırılan avtomobillər 2013-2017-ci illərdə istehsal olunmuş “Quattroporte” və 2013-2015-ci illərdə buraxılan “Ghibli” modelləridir.

Administrasiyanın mütəxəssisləri həmin avtomobillərin yanacaq borularındakı qüsurların alışma ilə nəticələnə biləcək benzin sızmasına səbəb olacağını düşünürlər. İstehsalçı şirkət qüsurlu hissələri öz hesabına dəyişəcək.