Maşın gülləbaran edildi – 5 ölü

Meksikada dəhşətli hadisə baş verib.

Yenicag.az xəbər verir ki, hərəkətdə olan maşın naməlum şəxslər tərəfindən atəşə tutulub.

Nəticədə avtomobilin içində olan 5 nəfər hadisə yerində həlak olub.

Hadisə ölkənin şimali Nuevo-Leon ştatının Doktor-Qonsales bələdiyyəsi ərazisində baş verib.

İstintaqın məlumatına görə, ölənlərin şəxsiyyəti hələ ki, müəyyənləşdirilməyib, bunlar üç kişi və iki qadındır.

Qeyd edək ki, hadisə zamanı maşında olan kiçik qız yaralanıb.