Lavrov: "Merts Almaniyanı müharibəyə hazırlayır"
Almaniya Kansleri Fridrix Merts praktikada ölkəni müharibəyə hazırlayır.
Yenicag.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov RT telekanalına müsahibəsində bildirib.
“Fridrix Merts kansler postuna keçəndə ciddi düşüncələrə yol açan parlaq bəyanatlar verdi. Əvvəlcə o dedi ki, hərbi ehtiyaclar üçün xərclərə qoyulan konstitusiya məhdudiyyətlərini aradan qaldırıb. Daha sonra bildirdi ki, bütün bunlar Almaniyanın yenidən Avropanın əsas hərbi gücü olması üçün lazımdır. Bu onun mentalitetini və düşüncələrinin istiqamətini kifayət qədər ciddi şəkildə əks etdirir. Bundan sonra o bu fikri dəfələrlə təkrar etdi. Praktikada onun etdikləri müharibəyə hazırlıqdır”, – deyə Lavrov qeyd edib.
Diplomatik qurumun rəhbərinin sözlərinə görə, eyni proseslər Fransada da baş verirdi:
“Prezident Emmanuel Makron dəfələrlə Ukraynanın uduza bilməyəcəyini deyib. Digərlərini – Britaniyanın Baş naziri Kir Starmeri, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayeni və NATO-nun Baş katibi Mark Rutteni artıq demirəm”.












