Zelenski: "Növbəti üçtərəfli görüşün ABŞ-da keçiriləcəyi gözlənilir"

media-hightechnic-468x90

Ukrayna, Rusiya və ABŞ arasında növbəti üçtərəfli görüşün Amerikada keçiriləcəyi gözlənilir.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “Telegram” kanalında yazıb.

Zelenski Ukrayna və Rusiya tərəfləri ilə Birləşmiş Ərəb Əmirliklərində keçirilən iki günlük görüş və danışıqlardan sonra ölkənin danışıqlar komandasının məruzəsini dinlədiyini bildirib.

Prezident qeyd edib ki, bir sıra məsələləri telefonla müzakirə etmək mümkün olmadığı üçün danışıqlar komandasını tam hesabat üçün Kiyevdə gözləyir.

Zelenski vurğulayıb ki, Ukrayna sülhü real şəkildə yaxınlaşdıra, onu etibarlı və uzunmüddətli edə biləcək bütün işçi formatlara açıqdır.

Prezident vurğulayıb ki, müharibə elə başa çatmalıdır ki, Rusiya aqressiyaya görə heç bir mükafat əldə etməsin./Apa/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05