Starmerin kreslosu sallantıda: Partiyaçılar yeni baş nazir axtarışındadırlar

media-hightechnic-468x90

Böyük Britaniyada hakim Leyboristlər Partiyasının deputatları gizli şəkildə partiyanın nüfuzlu nümayəndələrini öz namizədliklərini irəli sürməyə və bununla da partiya lideri və baş nazir Kir Starmeri əvəzləməyə razı salmağa çalışırlar.

Yenicag.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bu cür təkliflər baş nazirin keçmiş müavini Angela Reynerə və səhiyyə naziri Uez Stritinqə edilir. Qəzetin yazdığına görə, adı açıqlanmayan nazirlərdən biri bildirib: “Əslində, hamı partiya liderinin dəyişdirilməsi kampaniyasının başlanmasına çağırır”.

Starmer ABŞ-yə səfir təyin olunan Piter Mandelsonla bağlı qalmaqal səbəbindən siyasi böhranın mərkəzinə düşüb. Mandelsonun pedofiliyada ittiham olunan amerikalı maliyyəçi Cefri Epşteynlə dostluğu barədə məlumatlar mövcud idi. Ötən ilin sentyabrında Mandelson vəzifəsindən azad edilib, bu ay isə Epşteynin dosyesindən yeni sənədlərin dərcindən sonra Leyboristlər Partiyasını və Lordlar Palatasını tərk edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05