Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"Qılman doktor"a "Bentley" hədiyyə olunub?

“Maşın şou”nun iştirakçısı olmuş aktyor İlkin Misgərlinin Yenicag.az-a zarafatla söylədiyi “bir gözüm telefondadı: elə bilirəm ki, kimsə zəng edib, mənə avtomobil hədiyyə edəcək” çağırışı özünü cox gözlətməyib. Ona bahalı avtomobil hədiyyə olunub.

Yenicag.az-a açıqlama verən İ. Misgərli xəbəri təsdiqləyib. Dediyinə görə, bu barədə daha ətraflı axşam saatlarında “Maşın şou”nun efirində danışacaq:

“Amma kimin bağışladığını deməyəcəm. Düzdür, mən maşın sürə bilmirəm, lakin tezliklə öyrənəcəm. O maşın məni çox uzaqlara aparacaq”.

Əldə etdiyimiz məlumata görə, aktyora avtomobili “Bozbaş pictures” komandasına yaxın olan iş adamlarından biri bağışlayıb. O ki qaldı maşının markasına… Aktyor yarızarafat-yarıciddi ona bağışlanan maşının “Bentley” olduğunu dedi.

Təbii ki, biz də aktyora “Bentley”in hədiyyə olunmasını istərdik. Amma bunun nə dərəcədə doğru olub-olmayacağı bu axşam bilinəcək.

Cəvahir

www.yenicag.az

11532
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM