“Tesla”, “SpaceX” və Twitterin rəhbəri İlon Mask 2022-ci ildə təxminən 122,6 milyard dollar itirib ki, bu da onun 2021-ci ildə qazandığı məbləğdən çoxdur.
Yenicag.az xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
Məlumata görə, Maskın sərvəti təxminən 147,7 milyard dollar təşkil edib ki, bu da son iki ildə ən aşağı göstəricidir. Onun kapitalı əsasən “Tesla”nın səhmləri və opsionlarından ibarətdir. Mask dünən səhmlərinin qiymətinin azalması səbəbindən 7,7 milyard dollar itirib.
“Bloomberg”ə görə, o, milyarderlər siyahısında ikinci sıradadır. Reytinqə LVMH şirkətlər qrupunun (Louis Vuitton Moet Hennessy) prezidenti Bernar Arno başçılıq edir. Onun sərvəti təxminən 161 milyard dollardır.
www.yenicag.az