Luvrdan oğurlanmış əşyaların yeri tapıldı
Fransız müstəntiqlər Paris ətrafındakı yaşayış rayonlarından birinin avtodayanacağında cinayətkarların Luvrdan oğurladıqları zinət əşyalarının bir hissəsini gətirdikləri yeri aşkar ediblər.
Yenicag.az bu barədə “Le Parisien” qəzetinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, istintaq müəyyən edib ki, iki cinayətkar skuter sürərək Obervilye şəhərindəki fərdi yaşayış binalarından birinin yeraltı avtodayanacağına daxil olub. Onlar əvvəlcə əldə etdikləri qənimətə baxıblar, daha sonra isə zinət əşyalarını boksların birində gizlədiblər.
Qəzetin qeyd etdiyinə görə, zinət əşyalarının bir hissəsi orada olmayıb. Bir müddət sonra oğrular avtodayanacaqda videomüşahidə kameralarının olduğunu aşkar ediblər və bundan sonra zinət əşyalarını oradan aparıblar.
Bildirilir ki, hüquq-mühafizə orqanları həmin qaraj boksunda axtarış aparsalar da, Luvrdan oğurlanmış zinət əşyalarını tapmaq mümkün olmayıb.
Xatırladaq ki, Luvr muzeyində səs-küyə səbəb olan oğurluq hadisəsi 2025-ci il oktyabrın 19-da baş verib./Oxu/












