!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Matviyenkonun sürpriz Bakı SƏFƏRİ – Rusiya nümayəndəsi NİYƏ GƏLDİ?

!Reklam – Yazi

“Matviyenko Azərbaycanda Sahibə Qafarova ilə görüşəcək səviyyədə şəxsdir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında uzun illər Rusiyada yaşamış politoloq Fuad Abbasov bildirib.

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun Azərbaycana səfərini şərh edən politoloq hesab edir ki, o, Azərbaycanla Rusiyanın əlaqələrini bərpa etmək üçün Azərbaycana göndərilib:

“Rusiya və Azərbaycan arasında soyuq münasibətlərin prezidentlər, nazirlər, sədrlər və digərləri arasında həll edilə bilmədiyini görən Putin Azərbaycana Matviyenkonu göndərib. Putin çox yaxşı bilir ki, Birinci vitse-prezident Mehriban Əliyeva çox ciddi nüfuza sahibdir. İstər Ramzan Kadırovun birbaşa İlham Əliyevə üzrxahlığı, istər Lavrovun, Peskovun Azərbaycana olan üzrxahlıqlarının heç birinin nəticə görmədiyini hiss eləyən Putin Matviyenkonu Azərbaycana göndərib”.

Onun sözlərinə görə, normalda Azərbaycana gələcək adam Sahibə Qafarova ilə görüşəcək səviyyədə olan Rusiya parlament sədri ola bilərdi:

“Rusiya Federasiya Şurası parlamentin bir üst səviyyəsidir və Rusiyanın müxtəlif bölgələrinin senatorlarının yığışdığı bir dövlət qurumudur. Belə baxanda Matviyenkonun Azərbaycanda bir işi yoxdur. Dövlət Dumasının sədrinin işi ola bilərdi, amma Matviyenko son dönəmlərdə həm Türkiyə səfəri ilə, həm də ölkədaxili müəyyən açıqlamalarda sanki yeni bir vəzifəyə hazırlandırılıb və bu vəzifədə özünü doğrultmaq üçün Azərbaycanla Rusiya arasındakı soyuqluğu bərpa etmək kimi bir missiyanı öz üzərinə götürüb. Təbii, mətbuata müəyyən açıqlamalar veriləcək ki, səfər zamanı filan görüşlər keçirildi, görüşlərdə filan mövzular danışıldı, görüşlərdə iqtisadi, siyasi, mədəni əlaqələr möhkəmləndirildi, ticarət həcmi artırıldı və s.”

Politoloq “Matviyenko Azərbaycana hansı məqsədlə gəlib” sualına isə belə cavab verdi:

“Mənə elə gəlir ki, Matviyenkonun Azərbaycana gəlişinin səbəbi Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşmələr keçirmək, ölkələr arasındakı münasibətləri qaydasına salmaq, təyyarə qəzasında həlak olmuş insanların təzminat problemi, eləcə də Azərbaycanın Rusiyadan tələb etdiyi “İsgəndər-M” ballistik raketin mənbəyi, mənşəyi, açıqlamaları kimi tələblərdir. Digər tərəfdən, Rus Evi və “Sputnik”in bağlanması və bununla meydana gələn müxtəlif şərhlər iki ölkə arasındakı münasibətləri soyutmuş vəziyyətdədir. Matviyenkonun buraya gəlişi birinci növbədə iki ölkə arasındakı soyuqluğu bərpa edərək yenidən 2022-ci il 22 fevralda imzalanmış Moskva bəyannaməsi səviyyəsinə qaldırmaqdır”.

Yenicag.az

www.yenicag.az

121
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv