Reklam

Reklam

MDB Parlamentlərarası Assambleyasının (PA) missiyası Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etməyə başlayıb.

Yenicag.az xəbər verir ki, müşahidəçilər qrupunun əlaqələndiricisi, Rusiyanın Federasiya Şurasının sədrinin müavini İlyas Umaxanov əvvəlcə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən 29 saylı Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsinə baş çəkib.

Məntəqə açıldıqdan sonra İ.Umaxanov orada yaradılan şəraitlə tanış olub, məntəqə rəhbəri ilə söhbət edib, ona suallar verərək qeydlər aparıb.

İ.Umaxanov bundan sonra Bakıda yerləşən bir sıra digər seçki məntəqələrinə getməyi planlaşdırdığını bildirib.

Qeyd edək ki, missiyanın tərkibinə 6 MDB ölkəsindən – Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya və Tacikistan ümumilikdə 11 deputat və ali qanunverici orqanların nümayəndəsi daxildir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1935
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."