Media kapitanları Avropa Oyunlarının nəticələrindən razıdırlar?

media-hightechnic-468x90

yenicag_press_european_gamesAydın Quliyev: “Azərbaycan bundan sonra beynəlxalq idman yarışları hazırlayacaq ölkələr üçün gözəl bir metodik vəsait ortaya qoydu”

Umud Rəhimoğlu: “Azərbaycan dünya əhəmiyyətli, qlobal tədbirin öhdəsindən uğurla gəldi”

Müşfiq Ələsgərli: “Azərbaycan 2024-cü il Olimpiya Oyunlarının keçirilməsinə namizədliyini versə…”

Beləliklə, Bakıda baş tutan ilk Avropa Oyunları başa çatdı. Hansı ki, bu oyunlarda köhnə qitənin 50 ölkəsindən 6 minə qədər idmançı iştirak edirdi və Azərbaycan idmançıları böyük uğurlara imza ata bildilər.

Görəsən, Azərbaycan Avropa Oyunlarının öhdəsindən gələ bildimi?


Yenicag.az-a açıqlama verən “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin fikrincə, Azərbaycan nəinki Avropa Oyunlarının öhdəsindən layiqincə gəldi, həm də gələcəkdə belə yarışları keçirəcək ölkələr üçün bir nümunə oldu: “Azərbaycan Avropa Oyunlarının öhdəsindən nəinki layiqincə gələ bildi, hətta belə miqyaslı beynəlxalq idman yarışlarının hazırlanmasında indiyə qədər keç kimin görmədiyi və edə bilmədiyi bir təcrübə nümunəsi yaratdı. Bundan sonra beynəlxalq idman yarışları hazırlayacaq ölkələr üçün gözəl bir metodik vəsait ortaya qoydu. Hətta bu oyunların hazırlıq işləri elə yüksək standartlarla həyata keçirildi ki, bundan sonra digər Avropa ölkələri növbəti bu tip oyunlara ev sahibliyi etmək istəyərkən, bunu Azərbaycan qədər edib-edə bilməyəcəklərini düşünərək, müəyyən qədər tərəddüd də edə bilərlər. Çüaydin_quliyev_yenicagnki, Azərbaycan oyunlara bu günə qədər görünməyən səviyyədə yüksək hazırlıq standartları ilə dünya qarşısına çıxdı ki, bu standartları başqa ölkələr bundan sonra təkrar edib-edə bilməyəcəkləri haqqında çox götür-qoy etməli olacaqlar. Ancaq Avropa Oyunlarının Azərbaycanda mühərriki yığılmış maşını hərəkət edəcək”.

Umud_Rehimoglu_BMT-deBeynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun qənaətincə, bu oyunlarla Azərbaycan qarşısına qoyduğu məqsədə nail oldu: “Avropa Oyunları ilə bağlı olaraq birmənalı şəkildə Azərbaycan öz məqsədinə nail oldu. Oyunların həm açılışı möhtəşəm oldu, həm də bağlanışı möhtəşəmliyi ilə yaddaşlarda qaldı. İdmançılarımız da Avropa Oyunlarında ölkəmizin adına layiq kifayət qədər yüksək göstəricilər əldə etdi. Bu oyunların təşkilində  Təşkilat Komitəsinin ən sıravi əməkdaşlarından tutmuş, onun rəhbəri Mehriban xanım Əliyevanı, bütövlükdə Azərbaycan xalqını təbrik etmək olar. Azərbaycan dünya əhəmiyyətli, qlobal tədbirin öhdəsindən uğurla gəldi. Azərbaycan hələ uzun müddət bu oyunların faydasını görəcək, əhəmiyyətini zaman-zaman hiss edəcəyik. Bu oyunların keçirilməsi ölkəmizdə böyük təcrübələrin əldə olunması, vərdişlərin qazanmasına imkan yaratdı. Ümumiyyətlə, Azərbaycanın tərcümeyi-halında böyük bir tarixi hadisə baş verdi”.

yenicag_musfiqJurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli də oyunların çox yüksək səviyyədə təşkil olunduğunu vurğuladı: “Obrazlı şəkildə desək Azərbaycanda təkcə I Avropa Oyunları yox, həm də Avropa Oyunları üzərində qurulmuş bir oyun getdi. Azərbaycanı bu baxımdan hər iki müstəvidə qalib saymaq olar. Beynəlxalq KİV-də oyunların təşkilatı məsələlərilə bağlı olaraq  bir dəfə də olsun irad səsləndirilmədi. Hər kəs oyunların möhtəşəm keçirildiyini etiraf etdi. Beynəlxalq KİV-də belə bir xəbər də yayıldı ki,  Azərbaycan 2024-cü il Olimpiya Oyunlarının keçirilməsinə namizədliyini versə, rahat şəkildə Paris və digər namizəd şəhərlərlə rəqabət apara bilər. Bu beynəlxalq ictimaiyyətin verdiyi bir qiymətdir. Oyunlar ərəfəsində Azərbaycan tərəfinin ortaya qoyduğu sərt mövqe, şəffaf və iradəli iş bu dönəmdə anti-azərbaycan kampaniyası aparanlara onların haqsız olduğunu da sübut etdi”.

ELÇİN

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600