!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Media nümayəndələri "Hədəf -15" döş nişanına layiq görüldülər – FOTO

!Reklam – Yazi

Bir qrup mətbuat nümayəndəsi Milli Mətbuat Günü münasibətilə “Hədəf-15” döş nişanına layiq görülüb.

Yenicag.az xəbər verir ki, “Hədəf Şirkətlər Qrupu”nun baş ofisində təşkil edilən tədbirdə şirkətin baş direktoru Şəmil Sadiq milli təhsil brend olan “Hədəf Qrup haqqında geniş məlumat verib.

“15 il müddətində qarşıya qoyduğumuz hədəflərə çatdıq, təhsil sahəsində mühüm işlər gördük. Məzunlarımız nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq şansı qazandılar. Eyni zamanda qeyd etmək istəyirəm ki, şəhid ailələri, müharibə iştirakçılarının ailələri kimi imtiyazlı kateqoriyadan olan gənclər üçün xüsusi güzəştlərimiz var. “Hədəf Şirkətlər Qrupu”na Hədəf Liseyi, Hədəf nəşrləri, Xan nəşriyyatı, Kitabevim.az kimi tanınmış brendlər daxildir. Bundan sonra da cəmiyyətimizə xidmət göstərməyə davam edəcəyik” – o deyib.

556cab8c-82a5-4623-b6be-715c7d563f0a.jpg (169 KB)

O, həmçinin göstərdikləri dost münasibətə görə təşəkkürünü bildirib və qeyd edib ki, “Hədəf Şirkətlər Qrupu” idarə heyətinin qərarı ilə təsis edilən döş nişanı elm, təhsil, mədəniyyət kimi sahələrin inkişafında xidmətlərinə görə Azərbaycan ziyalılarına təqdim edilir.

d51c3d31-d953-415d-afeb-c49361ef168c.jpg (85 KB)

Tədbirdə “Yeni Müsavat” Media Qrupun rəhbəri, Azpolitika.info saytının baş redaktoru Elnur Məhərrəmli, əməkdar jurnalist Rauf Arifoğlu, tanınmış jurnalistlər İlqar Rəsul, Aqil Ələsgər, Rahil Kərimov, Elnur Rüstəmli, Günel Mönsümova, Elnur Eltürk, Zaur İbrahimli, Şahin Nəcəfov, Cavid Qədir, Toğrul Allahverdiyə döş nişanları təqdim olunub.

bc144eb8-126f-474a-a7e2-5fd9c4a4bc0a.jpg (68 KB)

Ümumilikdə, milli-mənəvi dəyərlərin təbliğində, dövlətçilik ideyaların aşılanmasında və gənclərin maariflənməsində xidmətlərinə görə 70 media nümayəndəsi döş nişanına layiq görülüb./Musavat.com/

51b6027e-a2b4-4927-8287-84732958093f.jpg (237 KB)

www.yenicag.az

467
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv