!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Media nümayəndələri işgüzar səhər yeməyində - FOTO / VİDEO

!Reklam – Yazi

Dekabrın 2-də Azərbaycan Türkiyə Evinin başqanı Tənzilə Rüstəmxanlının təşkilatçılığı ilə media nümayəndələri işgüzar səhər yeməyi ziyafətində bir araya gəliblər.

Yenicag.az xəbər verir ki, işgüzar yeməkdə “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin (AKMƏM) sədri Məlahət Qurbanova,
“Gündəlik Teleqraf” MMC-nin rəhbəri Aynur Camalqızı, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, “BakuPost” saytının baş redaktoru Elçin Zahiroğlu, “Medianews.az” saytının baş redaktoru Xəyalə Rəis, Oxu.az saytının köşə yazarı Kubra Məhərrəmova, “İnterpress” Media Qrupunun rəhbəri Toğrul Allahverdi, “Veteninfo.az” saytının rəhbəri Nahid Canbaxışlı, “Xalq” qəzetinin yazarı Anar Turan, “Report” İA-nin əməkdaşı Səid Qərib və digərləri iştirak edib.

Görüşdə son vaxtlar İran, Güney Azərbaycan mövzusu ətrafında müzakirələr aparılıb, yaxın gələcəkdə Güney Azərbaycan Cümhuriyyətinin qurulmasının mümkünlüyü ifadə olunub, Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə güneyli soydaşlarımızın haqq və hüquqlarının hər platformada daim müdafiə olunacağı barədə səsləndirdiyi fikirləri təqdir edilib.

İştirakçılar Güney Azərbaycanın gələcəyi barədə yaxın vaxtlarda böyük əhəmiyyətli tədbir və konfransların keçirilməsi ilə bağlı təkliflər irəli sürüb, bunun çox zəruri olduğunu vurğulayıblar.

Həmçinin işgüzar yeməkdə son vaxtlar Azərbaycan cəmiyyətini narahat edən digər məsələlər də müzakirə edilib, fikirlər səsləndirilib.

www.yenicag.az

976
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv