!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Media Reyestri ilə bağlı MÜHÜM FƏRMAN: “Bu məsələ artıq kökündən öz həllini tapacaq”

!Reklam – Yazi

“Ölkə mediasında müşahidə olunan pərakəndəlik, hətta xaos Media Reyestri məsələsinin həllini zərurətə çevirmişdi”.

Bu fikirləri prezident İlham Əliyevin “Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında imzaladığı fərmanı şərh edən media eksperti Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Media Reyestrinin hazırlanması ilə cəmiyyət də mediada hökm sürən qarışıqlıqdan yaranan çaşqınlıqdan xilas olacaq:

“Bildiyiniz kimi, Media Reyestri ilə bağlı məsələ “Media haqqında” yeni qanunun qəbulundan sonra aktuallaşıb. Yəni qanunda bu barədə xüsusi tələb yer alıb və bu da, əlbəttə ki, təsadüfi deyil. Çünki ölkə mediasında müşahidə olunan pərakəndəlik, hətta xaos bu məsələnin həllini zərurətə çevirmişdi.

Dövlət də fikirləşdi ki, media sahəsindəki bu qarışıqlığı dövlət nəzarəti olmadan aradan qaldırmaq üçün addımlar atılmalı və gerçək media fəaliyyəti ilə məşğul olan jurnalistlərin və mətbuat orqanlarının reyestri aparılmalıdır. Bununla cəmiyyət də qeyd olunan qarışıqlıqdan yaranan çaşqınlıqdan xilas olsun.

Bəli, Media Reyestrinin işə salınması üçün artıq müəyyən vaxt keçib. Çünki bununla əlaqədar işlənib hazırlanması vacib olan bir sıra prosedurlar vardı. Cənab prezident də bununla əlaqədar fərman imzalayıbsa, düşünürəm ki, Media Reyestri məsələsi kökündən həllini tapacaq.

Bundan sonra nə baş verəcək? O baş verəcək ki, media sahəsində şəffaf şəkildə, qanunlar çərçivəsində məşğul olmaq istəyən fərdlərlə hüquqi şəxslər bu reyestrdən keçməklə özlərinin legitimlik məsələsini ölkə daxilində və xaricində də rahatlıqla göstərə biləcəklər”.

A.Zeynalov

www.yenicag.az

546
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv