Media subyektinin təsis edilməsi zamanı adla bağlı yeni tələblər qoyulur

media-hightechnic-468x90

Çap mediası və onlayn media subyektinin təsis edilməsinə dair tələblər artırılır.

Yenicag.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə təklif edilən yeni – 62.6-cı maddəyə əsasən, media subyektlərinin (redaksiyalarının) adları digər media subyektlərinin (redaksiyalarının) adları ilə eyni və ya oxşar olmamalı, onların adlarında ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan, istifadəçiləri yanılda bilən ifadələrdən istifadə edilməməlidir.

Qeyd edilib ki, müxtəlif media subyektləri formalaşdırdıqları brendin adından sui-istifadə halları ilə bağlı MEDİA Agentliyinə dəfələrlə müraciətlər edib, bu istiqamətdə ciddi addımların atılması ilə bağlı təkliflər irəli sürüb. Bu dəyişiklik media subyektlərinin həm reputasiyasının, həm də brendinin möhkəmlənməsinə töhfə verəcək.

Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600