MEDİA və Mətbuat Şurası Qəzzada həlak olan türkiyəli jurnalistlə bağlı başsağlığı verdilər

media-hightechnic-468x90

Qəzza zolağında Türkiyənin TRT telekanalının əməkdaşı Yəhya Bərzakın həlak olması böyük faciədir. Hadisə jurnalistikanın təhlükəli peşə reallığını bir daha sübuta yetirir, zaman-zaman müzakirəsi aparılan media və ekstremal şəraitlər mövzusunu ön plana çıxarır. 

Müharibə və münaqişə zonalarında fəaliyyət göstərən jurnalistlərin üzləşdikləri faciələr, eyni zamanda, söz və ifadə azadlıqlarına, informasiya almaq hüququna zidd təmayül kimi meydana çıxır. Təəssüf ki, beynəlxalq aləm bu cür mənfi təmayüllərin qarşısında acizdir. Y.Bərzak da məhz həmin acizliyin növbəti qurbanıdır. Müasir müstəqilliyi dövründə iki müharibə görmüş Azərbaycan jurnalistikasının da onun kimi qurbanları olub.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Y.Bərzakın Qəzzada həyatını itirməsindən dərin kədər hislərini ifadə edərkən, dünyanın müharibələrdən, münaqişələrdən və onların doğurduğu jurnalist ölümlərindən də uzaq məkana çevrilməsini arzulayır, TRT telekanalının timsalında bütövlükdə qardaş ölkə mediasına başsağlığı verir, mərhumun həmkarlarının və yaxınlarının üzüntülərini bölüşür, onlara səbr və dözüm diləyirlər.

Allah rəhmət eləsin!

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa