ABŞ prezidentliyinə namizəd Donald Trampın Ukrayna lideri Vladimir Zelenskinin münaqişənin başlamasına görə məsuliyyət daşımasını deməsi gələcək üçün vacibdir.
Yenicag.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.
“Tramp ABŞ-ın keçmiş prezidenti və növbəti seçkidə prezidentliyə namizəd kimi Rusiya ilə Ukrayna arasında hərbi münaqişəyə, daha doğrusu, vətəndaş müharibəsinə görə məsuliyyəti birbaşa Qərbin bəslədiyi və bütün legitimliyini itirmişlərin üzərinə düşdüyünü deyib. Lakin bu, ABŞ-ın mövqeyində heç nəyi dəyişməyəcək, hətta Tramp yenidən Ağ Evi qazansa belə. Ancaq bu cür bəyanatın özü gələcək üçün son dərəcə vacibdir”, – o bildirib./axar.az
www.yenicag.az