“Mehdiyevə "siyasətin akademiki" deyənlər Heydər Əliyevi hara yerləşdirirlər?” - Alqış Həsənoğludan SƏRT SÖZLƏR

media-hightechnic-468x90

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu Ramiz Mehdiyevlə bağlı yayılan təbrik videolarına münasibət bildirib.

Yenicag.az xəbər verir ki, o, Mehdiyevin uzun illər Prezident Administrasiyasının rəhbəri olduğunu, həmin dövrün siyasi konyukturasını anladığını, müəyyən rəsmi davranışların, o cümlədən təbriklərin başadüşülən olduğunu vurğulayıb.

“Mən başa düşürəm. Mehdiyev Prezident Aparatının rəhbəri olub. Konyukturanın öz şərtləri, idarəçiliyin öz normativləri var. Yuxarıdan gələn direktivlərə riayət olunmalıdır və sair. Hamı durub aparat rəhbəri ilə savaş açmalı deyildi ki. Komanda daxilində konfrantasiya yaratmağa, əlavə cəbhə açmağa lüzum da yox idi”, – o bildirib.

A. Həsənoğlu yayılan təbrik videolarındakı ritorikanı tənqid edib:

“Mehdiyev haqında təbrik videoları yayılır. Baxıram, sanki danışmırlar, doğurlar. Gücənirlər ki, nəsə fövqəladə bir ifadə tapıb Mehdiyevin şəninə yaraşdırsınlar. Özü də danışanlar sıradan biriləri deyil, kifayət qədər ciddi status sahibləridirlər”.

Alqış Həsənoğlu xüsusilə Mehdiyevin “siyasətin akademiki” və “dərin dövlət adamı” kimi təqdim olunmasına etiraz edib:

“Mehdiyevə “siyasətin akademiki” deyirlər. Onlar bəs Heydər Əliyevin Azərbaycan tarixindəki və siyasətindəki yerini harada görürlər? Mehdiyevi “dərin dövlət” adamı adlandırırlar. Bu, birbaşa dövlətin tarixi-siyasi iyerarxiyasını, dəyərlər sistemini alt-üst etməkdir”.

Baş redaktor hesab edir ki, şəxsi münasibətlər, keçmiş komandaya loyal yanaşma və ya inzibati ənənələr heç kəsə tarixi və siyasi ölçüləri pozmaq, kimisə real olduğundan artıq mifləşdirmək haqqı vermir.

Camal Cavanşir

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa