Məhkəmə icraçıları Rövşən Əsgərovdan 40 min cərimə aldı
İnteqrasiya məsələsi Avropa İttifaqının siyasi aləti olduğundan, Brüsseldən obyektiv və müsbət qiymətləndirmələr gözləmək çətindir.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili açıqlayıb.
O, noyabrın 9-da dərc olunması planlaşdırılan Avropa Komissiyasının genişlənmə ilə bağlı hesabatı barədə danışarkən deyib: “Ümumiyyətlə, görürük ki, Avropa inteqrasiyası ilə bağlı bütün məsələlər Brüssel tərəfindən siyasi məqsədlər və alət kimi üçün istismar olunu. Mən bu hesabatın da bunun üçün bir növ alətə çevriləcəyini istisna etmirəm”.
Boçorişvilinin sözlərinə görə, Brüssel Gürcüstanda baş verən prosesləri obyektiv qiymətləndirməyə o qədər də meylli deyil, ona görə də hesabatda müsbət qiymətləndirmələr gözləmir.
Xarici işlər naziri əlavə edib ki, Gürcüstan beynəlxalq öhdəliklərini vicdanla yerinə yetirir və görülən işlərə görə Aİ-dən təşəkkür məktubu alıb./qaynarinfo












