Məhkəmədə hakimi öldürən şəxs saxlanıldı

media-hightechnic-468x90

87942İtaliyanın Milan şəhərində məhkəmə prosesində 2 nəfəri güllələyən şəxs həbs edilib.

Yenicag.az xəbər verir ki, apellyasiya məhkəməsinin hakimi Giovanni Canzio bildirib ki, silahlı aprelin 9-da zalın girəcəyində atəş açaraq hakim və başqa bir nəfəri öldürüb.

Daxili işlər naziri Angelino Alfanonun sözlərinə görə, o, hadisə yerini motosikletlə etdikdən sonra yaxalanıb.

Polisin məlumatına görə, onun silahı zala necə keçirdiyi bəlli deyil.

Qeyd edək ki, silahlı insident nəticəsində bir nəfər məhkəmə zalında həlak olub, dörd nəfər isə yaralanıb.

Polisin məlumatına görə, atəşi açmış kişi məhkəmədə müflislik haqqında iş üzrə çıxış edirdi. Prokuror isə öz növbəsində bildirib ki, silahlı insident zamanı iki nəfər öldürülüb. Bir nəfər yaralının isə vəziyyəti ağırdır.

Ancaq sonradan polis mətbuata açıqlamasında məhkəmə zalında atəş açılması nəticəsində 3 nəfərin öldüyünü söyləyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600