Məhkum telefonu kitabın içində belə gizlətdi

media-hightechnic-468x90

iiiiiiiiPenitensiar xidmətin Müalicə müəssisəsində mobil telefon aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Müalicə müəssisəsində saxlanılan məhkum Fuad Rövşən oğlu Kazımzadənin saxlanıldığı palataya və şəxsi əşyalarına baxış keçirilib. Baxış zamanı “Paroqi” adlı kitabın vərəqlərinin arasında kəsilərək düzəldilmiş gizli saxlanc yerində gizlədilmiş 1 (bir) ədəd “İ Phone 5S” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Fuad Kazımzadə Cinayət Məcəlləsinin 221.2.1 maddəsinə əsasən təqsirli bilinərək azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600