!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mehrabın atası: "Dedi, şəhid olsam, tabutumun qabağında...” - VİDEO

!Reklam – Yazi

Tanınmış jurnalist Sara Safuranın təqdimatında “Zəfər yolu” adlı layihənin növbəti buraxılışı Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Mehrab Söhrab oğlu Niftəliyevə həsr olunub.

Yenicag.az xəbər verir ki, anası Xalidə və atası Söhrab Niftəliyev şəhid haqqında danışıb, onunla bağlı xatirələrini söyləyiblər.

Qeyd edək ki, 1985-ci il mayın 13-də Quba rayonunun Qam-qam kəndində anadan olan Mehrab aprel döyüşlərində iştirak edib.

O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Şuşanın azadlığı uğrunda döyüşüb. Mehrab Niftəliyev noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə görə Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən şəhidə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib, eyni zamanda “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Videonu təqdim edirik:

www.yenicag.az

1040
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv