Mehriban Əliyeva Avropa Oyunları Komitəsində olub
Oktyabrın 16-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Avropa Oyunları Əməliyyat Komitəsinin ofisində yaradılan şəraitlə tanış olub.
Axşam.az-ın məlumatına görə Gənclər və idman naziri Azad Rəhimov və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Saymon Kleq görülən işlərlə bağlı Mehriban Əliyevaya məlumat veriblər.
Azərbaycanın birinci xanımı texnologiya, media, informatika otaqlarında və digər otaqlarda iş prosesi ilə tanış oldu, yaradılan şəraitlə maraqlanıb. Məlumat verildi ki, Əməliyyat Komitəsinə dünyanın 40 ölkəsindən mütəxəssislər cəlb olunub. Ümumilikdə komitədə yerli və xarici mütəxəssislərdən ibarət 1000 nəfərə yaxın işçi çalışır.
Sonra Mehriban Əliyevanın iştirakı ilə birinci Avropa Oyunlarına hazırlıqla bağlı görüş keçirilib. Görüşdə Avropa Oyunları ilə əlaqədar bəzi məsələlər müzakirə olunub.
Azərbaycanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva müvafiq tapşırıq və tövsiyələrini verib.