Mehriban Əliyeva mükafatlandırılıb

media-hightechnic-468x90

загруженноеOktyabrın 2-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

V.Matviyenko deyib: “Biz, Sizi Rusiyada çox yaxşı tanıyırıq. Təkcə Prezidentin həyat yoldaşı kimi deyil, başqa cəhətdən də tanıyırıq. Siz həqiqətən çox böyük ictimai fəaliyyət göstərirsiniz. Həm Azərbaycan parlamentinin üzvü, həm Heydər Əliyev Fondunun prezidenti, həm xoşməramlı səfir kimi. Siz həmişə Rusiyada arzulanan qonaqsınız. Sizin qızınız Leyla da Moskvada gənclər hərəkatı, gənclər təşkilatları ilə çox böyük işlər aparır. Bu yaxınlarda Moskvada çox parlaq tədbir keçirildi. Mühüm olan odur ki, bütün ailə Rusiya-Azərbaycan münasibətlərinin inkişafı və möhkəmlənməsi üçün böyük işlər görür. Mən fürsətdən istifadə edərək, həmkarlarım adımdan Rusiya-Azərbaycan münasibətlərinin inkişafına və humanitar əməkdaşlığa verdiyiniz töhfəyə görə Sizin fəaliyyətinizin qiymətləndirilməsi məqsədilə Federasiya Şurası tərəfindən təsis olunan medalı təqdim etmək istəyirəm. Bu medal MDB ölkələrinin Parlamentlərarası Assambleyasının əməkdaşlığa görə ali mükafatıdır. Biz bu mükafatı ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verən şəxslərə təqdim edirik”.

Mehriban Əliyava isə bildirib: “Mən bu mükafata görə Sizə dərin minnətdarlığımı bildirirəm. Siz çıxışınızda Rusiya ilə Azərbaycan arasında olan münasibətlər barədə çox yaxşı danışdınız. Çıxışınız həqiqətən bütün sahələri əhatə edirdi. Buna görə də mən təkrar etmək istəmirəm. Təkcə onu demək istəyirəm ki, bizim bütün sahələrdəki münasibətlərimiz iki qonşu ölkənin öz siyasətini, münasibətlərini qarşılıqlı hörmət, dostluq və qarşılıqlı maraqlar əsasında qurmaq nümunəsi ola bilər. Həmişə belə olub və əminəm ki, bundan sonra da belə olacaq. Heydər Əliyev Fondunun verdiyi kiçik töhfələrin qiymətləndirilməsinə şadam. Sevinirəm ki, indi layihələr genişlənir. Bu yaxınlarda Prezident Həştərxanda olub. Mən tədbirə televizorda baxırdım və mənə çox xoşdur ki, Heydər Əliyev Fondunun adı çəkilirdi. Bizim münasibətlərimizdə Leylanın fəal iştirakı qeyd olundu. Yəni, bütün bunlar təbii proseslərdir və əminəm ki, bundan sonra da belə davam edəcək. Bir daha dəyərli mükafata görə çox sağ olun. Əminəm ki, bundan sonra daha da sıx əməkdaşlıq edəcəyik”.

V.Matviyenko qeyd edib ki, Beynəlxalq Humanitar Forum Bakıda daimi qeydiyyata götürülüb və dünyada artıq Bakı Forumu kimi tanınır: “Bu, Azərbaycanın və şəxsən Sizin böyük töhfənizdir. Mən Sizin humanitar sahədə, bütövlükdə dünyada, dövlətlər arasında, Rusiya ilə Azərbaycan arasında humanitar əməkdaşlığın möhkəmləndirilməsi sahəsində nə qədər çox iş gördüyünüzü bilirəm. Bu, Azərbaycanın nüfuzunu artırır və Azərbaycanın xidmətlərinin dünyada, bütövlükdə dünya siyasətində, xüsusən humanitar sahədə tanınmasına verilən töhfədir. Fikrimcə, bu, ölkənin statusunu daha da yüksəldir. Azərbaycanın yüksək templə inkişaf etməsi, Bakının bu cür dəyişməsi böyük hörmətə layiqdir. Buna görə, Sizi belə əlamətdar hadisə münasibətilə təbrik edirik və mənim həmkarlarım, Federasiya Şurasının üzvləri həmişə humanitar sahədə belə əməkdaşlıq etməyə hazırıq”. (azertag.az)

media-ziraat-728x90

Mehriban Əliyeva mükafatlandırılıb

media-hightechnic-468x90

kkkkkjiuAzərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Türk-Alman Dostluq Federasiyası idarə heyətinin qərarı ilə fəxri mükafata layiq görülüb.

Alman-Türk Dostluq Federasiyası tərəfindən təsis olunan və qədim yunan ilahələrindən “Kübele”nin adını daşıyan mükafat müxtəlif nominasiyalar üzrə tanınmış simalara təqdim olunur. İndiyədək federasiyanın mükafatlarına bir sıra nüfuzlu siyasətçilər, ictimai-siyasi xadimlər, iqtisadçılar, mədəniyyət işçiləri, məhşur idmançılar layiq görülüblər. Laureatlar arasında Almaniya kansleri Angela Merkel, AFR-in mərhum prezidenti Yohannes Rau, Almaniya parlamentinin sabiq sədri Rita Süzmut, Yaşıllar Partiyasının keçmiş sədri Klaudia Rot, Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl, Bavariya Federal torpağının keçmiş baş naziri Qünter Bekştayn, məşhur şoumen və teleaparıcı Ştefan Rab və başqaları olub.

Sayca 12-ci olan mükafatlandırma mərasimi 10 may 2014-cü ildə Almaniyanın Bavariya federal torpağının parlamentində keçirilib. Tədbiri giriş nitqi ilə Bavariya federal torpağının parlamentinin sədr müavini xanım İnqe Laures açıb. Türk-Alman Federasiyasnın prezidenti Cihan Sendan bildirib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva dünyada sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin möhkəmləndirilməsindəki xidmətlərinə görə təşkilatın fəxri mükafatına layiq görülüb. Mükafatı Mehriban Əliyevanın adından Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov qəbul edib.   P.Şahbazov çıxışında ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından Türk-Alman Dostluq Federasiyasına bu yüksək mükafata görə minnətdarlığını bildirib və Federasiya rəhbərliyini ölkəmizə səfərə dəvət edib. Səfir siyasi-iqtisadi sahədəki uğurları ilə yanaşı, zəngin tarixi keçmişi, mədəniyyəti, musiqisi, incəsənəti və nəhayət tolerantlığı ilə Azərbaycanın indi bütün dünyada tanındığını və haqlı olaraq xalqımızın bu nailiyyətləri və keyfiyyətləri ilə qürur duyduğunu vurğulayıb. O bildirib ki, dünyada ölkəmizin bu xüsusiyyətlərinin tanıdılmasında, eyni zamanda mənsub olduğumuz ümumtürk dəyərlərinin Avropada, o cümlədən Almaniyada təbliğ olunmasında Azərbaycanın birinci xanımının müstəsna xidmətləri olub. Bu baxımdan Türk-Alman Federasiyası tərəfindən bu yüksək mükafata layiq görülmək onun əməyinə, Avropa və Almaniyada göstərdiyi çoxşaxəli xeyriyyəçilik fəaliyyətinə verilən qiymətdir.

Səfir Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Almaniyada həyata keçirdiyi fəaliyyətini qeyd edib, Berlində müasir incəsənət sərgisi “Fly to Baku”, Münhen, Köln, Ştutqart və Hamburq şəhərlərində Azərbaycan mədəniyyət axşamlarının yüksək səviyyədə baş tutduğunu bildirib. Heydər Əliyev Fondu dünyada Azərbaycan mədəniyyətini təbliğ etməklə yanaşı, bəşəriyyətin tarixi-mədəni, dini abidələrinin qorunmasına, bərpasına da öz dəstəyini əsirgəmir. Buraya Avropadakı, o cümlədən Almaniyadakı ümumbəşəri əhəmiyyətə malik abidələr də daxildir(aznews.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600