Bu gün Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarına yekun vurulur.
Yenicag.az xəbər verir ki, final matçında Azərbaycan və Omanın
23 yaşadək futbolçulardan ibarət milli komandaları üz-üzə gəlir.
Əməkdaşımızın verdiyi məlumata görə, hazırda davam edən qarşılaşmanı izləyənlər arasında Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva da var. Ölkənin birinci xanımı millimizə VİP lojadan dəstək verir.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın start fiti 21:00-da səsləndirilib.
Yenicag.az