Meksika körfəzindəki neft platformasında güclü yanğın baş verdi

media-hightechnic-468x90

Meksika körfəzindəki Cantarell yatağında “Pemex-in Nohoch-A” neft platformasının iki bölümündə güclü yanğın baş verib.

Yenicag.az Meksikanın “Linea Directa” portalına istinadla xəbər verir ki, platformanın “Nohoch-A Compression” və “Nohoch-A Enlace” bölmələrində baş verən yanğından dərhal sonra heyət təxliyə edilib.

“Tribuna Campeche” xəbər verir ki, platformada yanğın partlayışdan sonra daha da güclənib. Partlaşız zamanı 180 işçidən 5-i yaralanıb.

Yatağın platformalarında, ümumilikdə, 5 mindən çox insan işləyir./Azertag/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600