Meksika sahillərində zəlzələ oldu – 5,6 bal

Meksikanın qərb sahillərinin yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib.

Yenicag.az-ın məlumatına görə, zəlzələnin episentri, Puerto-Madero yaşayış məntəqəsindən 53 kilometr cənub-qərbdə, ocağı isə 38 kilometr dərinlikdə yerləşib.

Dağıntılar, xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat verilməyib