Meksika səfirliyinin daha bir maşını qəzaya düşdü – Xəsarət alanlar var

Meksikanın Azərbaycandakı səfirliyinin avtomobili qəzaya düşüb.

Yenicag.az xəbər verir ki, hadisə Nəsimi rayonu, Ə.Qasımzadə küçəsində qeydə alınıb.

Məlumata görə, Gülnarə Məmmədovanin idarə etdiyi “Mitsubishi” markalı avtomobil Meksika səfirliyinə məxsus, Abbas Ağabəyovun sürdüyü BMW markalı maşınla toqquşub.

Qəza zamanı sürücülər yüngül dərəcəli xəsarət alıb.

Qeyd edək ki, 4 gün əvvəl də Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores qəza törətmişdi.

COP29