Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Meksika Trampdan BMT-yə şikayət edəcək

ABŞ prezidenti Donald Trampın ABŞ-Meksika sərhədində divar inşa edilməsi qərarı ilə bağlı Meksika Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət edəcək.

Yeniçağ.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Meksikanın xarici işlər naziri Luis Videgaray açıqlama verib.

Nazir bildirib ki, baş verəcək hadisələr üçün indidən hazırlıq işləri görmək lazımdır.

Qeyd edək ki, ABŞ prezidenti D.Trampın ABŞ-Meksika sərhədində divar inşa edilməsi haqqında təşəbbüsü iki ölkə arasında diplomatik qalmaqala səbəb olub. D.Tramp sözügedən sərəncamı imzaladıqdan sonra, Meksika prezidenti Enrike Penya Nieto ABŞ-a səfərini təxirə salıb.

Yeniçağ.Az

www.yenicag.az

135